Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsəndə korrupsiya həbsləri - Sabiq icra başçılarını hədəf göstərən məqamlar

Azərbaycanda korrupsiyaya qarşı mübarizə əməliyyatları çərçivəsində başlayan həbslər Daşkəsənə də sıçrayııb. Artıq bir neçə vəzifəli şəxs həbs edilib.
RegionTV.info  xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.

Bu həbslərlə bağlı sensasion sayıla biləcək məlumatlar əldə etmişik. Həbslərin davamının olacağı ilə bağlı etibarları mənbələrdən əldə etdiyimiz bilgilər var.

Korrupsiya əməliyyatlarının kökünün sabiq icra başçılarına qədər uzanacağı məlum olub. Artıq sabiq icra başçılarının rəhbərliyi altında dövlət qurumlarında külli miqdarda mənimsəmə faktları üzə çıxıb.

Yuxarıda adlarını qeyd etdiyimiz şəxslərin həbsi ilə bir çox korrupsiya halları aşkar olunub.

Mövzunu gündəmdə saxlayaraq Daşkəsənin sabiq icra başçılarının qol qoyduğu korrupsiya əməlləri ilə bağlı faktları və daha geniş məlumatları yaxın günlərdə dərc edəcəyik.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də