Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu qidalar saçların tökülməsini sürətləndirir

RegionTV.info 
Saçların tökülməsinin səbəbləri arasında bəzi qida məhsullarından sui-istifadə ola bilər. Saglamolun.az bildirir ki, bu haqda britaniyalı həkim-dermatoloq, London Bridge Hospital-ın mütəxəssisi Şaron Vonq məlumat verib.
Həkim bildirib ki, sadə karbohidratlar, emal olunmuş qidalar saçların vəziyyətinə mənfi təsir edir, onların tökülməsinə səbəb olur.
Belə qidalar arasında:
- ağ çörək
- pizza xəmiri
- makaron
- un məmulatları
- ağ un
- ağ düyü
- şirin desertlər
- bir çox quru səhər yeməkləri.

Həmçinin qidalanmada lif və zülalların az olması da saçların vəziyyətinə mənfi təsir edir.
Həkim bildirib ki, ət, yumurta, paxlalılar (mərci, noxud, soya və s.), qarabaşaq, kinoa, süd məhsulları saçların sağlamlığı və gözəlliyini təmin edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də