RegionTV.info xəbər verir ki, Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Lənkəran, Astara və Lerik rayonlarının ərasizini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan qədim mənşəli bitki örtüyünə malikdir. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olacaq və Xanbulan gölünə açılan unikal mənzərəni seyr edə biləcəklər.
Qeyd edək ki, Hirkan milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.