Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Toylarla bağlı MÜHÜM AÇIQLAMA

RegionTV.info 
"Yoluxma sayında davam edən hazırki müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsini gündəmə gətirir''.
 
Bu sözləri millət vəkili Rəşad Mahmudov toy və nişan mərasimlərinin keçirilməsinə icazələrin verilməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və nəzarət mexanizmlərinin qurulması şərti ilə baş tuta bilər:
 
"Mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşlara zərər vermədən mərasimlərin keçirilməsinə imkan yaradılmalıdır. Amma toy və nişan mərasimlərinə icazə veriləcəyi təqdirdə insanlar virusa yoluxmamaq üçün ehtiyatlı davranmalı, reallıqları nəzərə almalıdırlar. Keçiriləcək mərasimlərə dəvət olunacaq qonaqların sayının az olması əsas şərtlərdən biri olmalıdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də