Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Robert Köçəryandan Qarabağ etirafı

RegionTV.info 
"Əsas qayğısı "Facebook"da bəyənmə sayı olan insanların küçəyə çıxdıqları rəsmi Yerevan diplomatik siyasətdə uğursuzluqlar yaradıb”.

Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan "Sputnik Armenia”ya müsahibəsində bildirib.

"Bir sıra qərarlar yanlış idi. Onları iki mərhələyə bölmək lazımdır - müharibəyə qədər qəbul edilənlərin hamısı, həm də müharibənin gedişatında qəbul olunanlar", - Köçəryan "Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi” sualına cavabında deyib.

O qeyd edib ki, səbəblər arasında diplomatik cəbhədə tam müvəffəqiyyətsizliklər də var.

"Danışıqlar dalana dirənmişdi, diplomatiyaya yer yox idi. Ancaq bu, siyasi təcrübəsi, geosiyasi reallıqlar haqqında təsəvvürləri olmayan insanların hakimiyyətə küçədən gəlmələrinin qanunauyğun nəticəsidir. Bugünkü günlə yaşayan, əsas qayğıları "Facebook"da layk olan insanlar”, - Ermənistanın keçmiş prezidenti bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də