Azərbaycan Ordusunun Sünikə, Xinzirək (Nerkin Xndzoresk) kəndinə girməsi barədə erməni sosial şəbəkələrdə həyəcan və təşviş dolu paylaşımlara reaksiya verilib.
RegionTV.info xəbər verir ki, Sünik vilayətinin Xinzirək kəndinin icma sədri Ervand Malunts bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Rəsmi olaraq Azərbaycan Ordusunun Xinzirək kəndinə girmədiyini elan edirəm. İcmada hər şey qaydasındadır, burada bir nəfər də olsun azərbaycanlı yoxdur”, - Malunts bildirib.
Lakin bir müddət sonra Malunts verdiyi açıqlamasını təkzib etməyə məcbur olub. Daha doğrusu kəndin Azərbaycana veriləcəyi ilə bağlı məlumatları təkzib edə bilməyəcəyini söyləyib.
Malunts Xinzirək (Nerkin Xndzoresk) kəndinin yaxınlığında demarkasiya işlərinin aparıldığı barədə məlumatın doğru olduğunu təsdiqləyib.
Xəbəri paylaş