Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Salyanda FACİƏ: 32 yaşlı ana doğuşdan sonra öldü

Salyanda doğuşdan sonra ana ölümü baş verib.
RegionTV.info  bildirir ki, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün yanvarın 5-də xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, qadının 3 azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də