Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin 3 üzvü ÖLDÜ

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bu barədə RegionTV.info  xəbər verir.
Məlumata görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər "VAZ-2107" markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.
Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.
09:20
Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə FHN məlumat yayıb.
Bilirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri "Mercedes" markalı minik avtomobilindən, iki nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan
digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də