Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səfirlikdən Azərbaycan vətəndaşlarının Moldovada saxlanılma xəbərinə reaksiya: "Məsələ nəzarətə götürülüb"

Bəzi kütləvi informasiya vasitələri Moldovada miqrasiya qaydalarını pozduqları üçün Rusiya və Azərbaycan vətəndaşlarının saxlanılmalarına dair məlumat yayılıb.
RegionTV.info  xəbər verir ki, Bununla bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyindən verilən məlumata görə, həqiqətən son 10 gündə Moldova ərazisində qanunsuz yaşayan Rusiya və Azərbaycan vətəndaşları Moldova Miqrasiya Xidməti tərəfindən saxlanılıblar:
"Ümumi sayı 3 nəfər olan saxlanılan şəxslərin 2-si Rusiya vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır. Vətəndaşımız ilə bağlı məsələ səfirliyin nəzarətinə götürülüb. Hazırda vətəndaşımız müvəqqəti saxlama məntəqəsindədir və onun Azərbaycana göndərilməsi üçün sənədləşdirmə işləri həyata keçirilir".
Səfirlik həmçinin bildirir ki, Moldovada daha əvvəl digər bir Azərbaycan vətəndaşı miqrasiya qaydalarının pozulması səbəbi ilə saxlanılıb: "Saxlanılan Azərbaycan vətəndaşı ruhi-əsəb xəstəsi olduğu üçün o, müvafiq qaydada xəstəxanaya köçürülüb. Hazırda o, xəstəxanada müalicə alır. Yaxın günlərdə sözügedən hər iki vətəndaşımız Azərbaycana yola salınacaqlar".
Azərbaycan Respublikasının Moldovadakı səfirliyi bildirir ki, Moldova Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur və hər hansı məsələlərin həlli məhz bu çərçivədə və müvafiq qanunvericilik əsasında həll olunur. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də