Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - VİDEO

Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir.
RegionTV.info  xəbər verir ki, Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub. 
Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur.

Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulub. Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

Qeyd edək ki, ikinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Vaqonlar xüsusi idarəetmə sistemi ile təchiz olunub. Bu sistem vasitəsilə sərnişinlər otaqda havalandırma dərəcəsini tənzimləyə, həmçinin bələdçi otağı ilə əlaqə saxlaya bilərlər. Bu zaman giriş qapısının üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Vaqonda quraşdırılan monitorda müxtəlif filmlərə baxmaq və xəbərlərlə tanış olmaq mümkündür.

Bundan əlavə sərnişinlər istənilən zövqə uyğun musiqi dinləyə bilərlər. Kupenin qapısının yuxarı hissəsindəki işarələrdən sanitar qovşağının boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Hər kupedə sərnişin sayına uyğun xüsusi seyf var. Seyfin, eləcə də kupenin qapısı xüsusi kart vasitəsilə açılır.

Birinci sinif 4 nəfərlik kupelərin ayrıca sanitar qovşağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş kabinəsi də quraşdırılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də