ABŞ üç ölkə - Salvador, Qvatemala və Hondurasla imzalanmış sığınacaqla təmin etməyə dair müqavilələrin icrasını dayandırıb.
RegionTV.info xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken açıqlama verib.
Bu razılaşmalar keçmiş prezident Donald Tramp administrasiyası tərəfindən əldə olunmuşdu.
“Salvador, Qvatemala və Honduras hökumətlərinə məlumat verdik ki, ABŞ bu addımları bölgədə miqrasiyaya yanaşmanı əməkdaşlıq və qarşılıqlı etimad əsasında inkişaf etdirmək üçün atır”, - Blinken belə deyib.
Qeyd edək ki, həmin razılaşmalar ABŞ-da deyil, bu ölkələr daxilində sığınacaq verilməsini nəzərdə tuturdu.
Xəbəri paylaş