Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid kapitanımızın doğum günüdür - FOTO

Bu gün Vətən müharibəsində göstərdiyi sücaətə görə Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən şəhid kapitan Cavid Hilal oğlu Mahmudovun doğum günüdür.
RegionTV.info  bildirir ki, bu münasibətlə şəhidin doğmaları, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarı önünə güllər düzülüb.
Qeyd edək ki, C.Mahmudov müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb, bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Oktyabr ayında Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə 200-dən artıq əsgərini mühasirədən xilas edib, sayca beşinci yüksəkliyə bayraq sancarkən şəhidlik zirvəsinə ucalıb.
Şəhid kapitan C.Mahmudov 2020-ci il oktyabrın 5-də sakini olduğu Biləsuvar rayonu Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimiz, həmçinin işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də