"Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidə (NRYTN) ciddi kadr islahatları aparılır. Yeni nazir təyinatından sonra bunlar gözləniləndir”.
RegionTV.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
AİF prezidentinin sözlərinə görə, hazırda bu serktorda həllini gözləyən bir neçə əsas problem var:
"Bunlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür”.
Osman Gündüz həmin problemləri qeyd edib:
1. Dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır.
Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır
Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir.
2. Dövlətə məxsus olan bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır
Rabitə xidmətlərindən istifadə ilə bağlı Nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir.
3. Sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır.
4. "Hər evə keyfiyyətli internet” dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır.
Nazirliyin resursları, yalnız iki dövlət provayderi hesabına bu mümkünsüz olduğundan yeni maliyyə mənbələri tapılmalıdır.
5. Startap və innovasiyalar sahəsində də Nazirliyin tənzimləyici yoxsa ekosistemin bazar iştirakçısı olmasına aydınlıq gətirilməlidir.
Hələlik ekosistemin inkişafı üçün münbit şəraitin yaradılmasında İnnovasiya Agentliyindən gözləntilər özünü doğrultmayıb
"Ümid edirəm və inanıram ki, yeni nazir və yeni formalaşdırılan komanda qısa müddətdə İKT sektorununun inkişafında ciddi uğurlar əldə edə biləcək” – AİF prezidenti bildirib.
Xəbəri paylaş