"Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb, həmçinin ölkəyə giriş rejimini də sadələşdirib".
RegionTV.info xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala müsahibəsində deyib.
Nazir bildirib ki, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ilkin mərhələdə görülən tədbirlər kifayət qədərdir:
"Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır. Çünki biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq".
Xəbəri paylaş