
RegionTV.info xəbər verir ki, bu barədə Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
Məlumata görə, xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyanın da razılığıyla 2 min nəfərlik yeni qəsəbənin layihəsi bəyənlilib.
Separatçı-terrorçu rejimin qanunsuz “ərazi idarəetmə naziri” sayılan Ayk Xanumyan isə qəsəbənin Xocalı rayonunun “Noraqyux” adlandırılmış Təzəbinə kəndi yaxınlığında ayrılmış 10 hektar ərazidə tikilməsini təklif edib.