
RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol verən 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.
Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.