Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə İtaliya şirkətlərinin qoşulmasına dair müzakirələr aparılır

“Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə İtaliya şirkətlərinin qoşulması istiqamətində müzakirələr aparılır”. 
RegionTV.info xəbər verir ki, bunu işğaldan azad olunan Cəbrayılda Xudafərin körpüsünü ziyarət zamanı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. 

Onun sözlərinə görə, artıq bir İtaliya enerji şirkəti ötən ilin dekabrında “Azərenerji” ilə müqavilə imzalayıb: “Bu, Azərbaycanın regionlarında elektrik enerjisi stansiyalarının qurulması ilə bağlıdır”. 

Səfir qeyd edib ki, Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq mövcuddur: “Təbii ki, yenidənqurma işlərində əməkdaşlıqla bağlı danışıqlar olacaq”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də