Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ötən il Azərbaycanda 11 şəxsin müəlliflik hüququ pozulub

Ötən il Azərbaycanda dövlət qeydiyyatından keçirilən müəlliflik hüququ obyektlərinin sayı məlum olub.
RegionTV.info  xəbər verir ki, 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib.
Qeyd olunub ki, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyata alınıb.
Bundan əlavə, ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 11 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də