
RegionTV.info xəbər verir ki, bu barədə yerli "Asılıkul" qəzeti yazır.
Belə ki, dostu Vladimir K. Nikolayın evinə gələrkən onun xahişi ilə yolüstü çörək də alıb.
Axşam yemək yeyərkən Nikolay çörəyin içindən çıxan üzüyü gördükdə təəccüblənib. Lakin dürüstlüyü ilə hər kəsə nümunə olan bu şəxs həmin çörəyin hazırlandığı sex haqında soraqlaşaraq üzüyün yiyəsini tapıb.
Məlum olub ki, tapıntı çörək bişirən qadına məxsusdur. İşdən öncə üzüyünü çıxarıb kənara qoyan qadın bilmədən onu çörəyə qatıb.