Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İlk 2 ailəni yerləşdirmişik” – Livan ermənilərinin Qarabağa miqrasiyası BAŞLADI






Beyrut limanındakı partlayışı bəhanə edən ermənilər Livandakı çoxsaylı erməni icmasının üzvlərini təhlükəsizlik və sosial problemlər bəhanəsi ilə Qarabağa köçürməyə başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyul-avqust aylarında azı 500 Livan erməsinin təyyarə reysləri ilə Beyrutdan Yerevana gətirildiyi vurğulanır. 

Artıq Livandan gələn 2 erməni ailəsi Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarına yerləşdirilib. Bu məlumatı qondarma rejimin “prezident köməkçisi” Rudik Usnunts açıqlayıb.

“Livandan gələn ilk iki ailə Qarabağa yerləşdirilib. Onlara müvafiq şərait yaradılıb”-deyə açıqlamada deyilir.    

Xatırladaq ki, müxtəlif mənbələr görə, Livanda 150-200 min arasında erməni yaşayır. Onlar Livan əhalisinin 4%-ni təşkil edir. Ermənilər Livan parlamenti və hökumətində kvota əsasında deputat və nazir postuna sahibdirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də