"Şahdəniz" yatağı istismara verildikdən sonra bu günədək 135 milyard kubmetrə yaxın qaz və 32 milyon tona yaxın kondensat hasil edilib. Ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib.
RegionTV.info xəbər verir ki, bu barədə "BP" şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2020-ci ildə "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil olunub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə yataqdan 16,8 milyard standart kubmetr qaz və 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilib
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Xəbəri paylaş