Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə (RPİ) bir nəfər azyaşlı şəhər sakinindən ona məxsus mobil telefonu naməlum şəxs danışmaq üçün alması və daha sonra qaçaraq uzaqlaşması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxsin, əvvəllər dəfələrlə məhkum olunmuş Əliağa Adıgözəlov olması və Bakı şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilib. Ə. Adıgözəlov saxlanılaraq RPİ-nə gətirilib və üzərinə baxış keçirilən zaman 1.42 qram çəkitə narkotik vasitə olan "heroin" aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib. Saxlanılan şəxsin digər anoloji cinayətlər törədib-törətməməsini müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağla ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Xəbəri paylaş