Türkiyədə kişi 32 yaşlı qardaşı oğlunu başından güllələyərək qətlə yetirib.
RegionTV.info xəbər verir ki, Rizədə 52 yaşlı Hasan Arıcı, 32 yaşlı qardaşı oğlu Hasan Arıcı ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı Hasan Arıcı qardaşı oğlunu başından güllələyərək qətlə yetirib. Daha sonra 52 yaşlı kişi qardaş oğlunun meyitini kisəyə qoyaraq meşəyə aparıb və orada basıdırıb.
Hadisədən bir gün sonra Hasan Arıcı törətdiyi əməldən peşman olaraq könüllü polisə təslim olub.
Polislərə ifadə verən 52 yaşlı kişi, qardaşı oğlunu harda basırdığını da söyləyib.
32 yaşlı Hasan Arıcının meyiti basırıldığı yerdən çıxarılaraq ekspertizaya göndərilib.
Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Xəbəri paylaş