Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Cəbrayılda bu səhnələri görmək doğrudan da ağrılıdır" - Xorvatiya səfiri

Bu gün buraya gələrək Cəbrayılda bu səhnələri görmək doğrudan da ağrılıdır.
RegionTV.info  bildirir ki, "Trend TV"-nin Qarabağ bürosunun məlumatına görə, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic diplomatik korpus nümayəndələrinin Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, bu vəziyyət 30 il bundan əvvəlki Xorvatiyanı xatırladır: "Burada bəzi səhnələr daha da ağrılıdır. Xüsusilə qəbristanlığın tamamilə dağıdılmasını görmək kifayət qədər ağrılı bir səhnədir. Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha bu cür mənzərələri yaşamamalıyıq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də