Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏBİB “peyvənddən ölüm ola bilərmi?” sualını cavablayıb

"COVID-19" əleyhinə peyvənd olunduqdan sonra ölüm halları qeydə alına bilərmi?         
RegionTV.info xəbər verir ki, TƏBİB-in sosial şəbəkə hesabında bu suala aydınlıq gətirilib. 
Bildirilib ki, indiyə qədər sözügedən vaksinin üçüncü faza tədqiqatları zamanı ölüm faktı qeydə alınmayıb:
"Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər "CoronaVac" peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də