Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə səfiri: Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir

Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.
RegionTV.info  xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər etdiklərini bildirmişdi. O, bu barədə öz “Twitter” hesabında paylaşım etmişdi. 

“Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpusla - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan rayonlarına səfərə yollanırıq”, - deyə o qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də