Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayin zamanı keşiş körpəni suda BOĞDU

Rumıniyada, pravoslav vəftiz mərasimi zamanı 6 həftəlik körpə suda boğulub.
RegionTV.info verir ki, bu barədə "The Guardian" yazır.
Faciə Suçava şəhərində baş verib.
Belə ki, xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılan kilsəyə daxil olmaq üçün "suya batırma" mərasimi (vəftiz) zamanı uşağın ürəyi suda dayanıb. Körpə dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Yarılma zamanı onun ağciyərlərində suyun yığıldığı məlum olub.
Prokurorluq mərasimi keçirən keşiş barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə çinayət işi açıb.
Bundan sonra sosial şəbəkələrdə vəftiz mərasimini dəyişdirmək çağırışı ilə petisiyaya start verilib. İnsanlar suya batırmanı aindən xaric etməyi tələb ediblər. Petisiya artiq 56 mindən çox imza toplayıb.
Kilsənin nümayəndəsi Vasile Banesku bildirib ki, keşişlər uşağı tam suya salmaq əvəzinə alnına bir az su tökə bilərlər, lakin arxiyepiskop Feodosiy mərasimin dəyişməyəcəyini deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də