Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-ın Türkiyədəki səfirindən “S-400” və “15 iyul” açıqlamaları

ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Baydenin xarici siyasətlə bağlı çıxışının ardından iki ölkə arasındakı münasibətlərin bəzi məqamlarına aydınlıq gətirib.
RegionTV.info bildirir ki, səfirin "S-400" və 15 iyul çevriliş cəhdi ilə əlaqədar açıqlamaları maraq doğurub.  
"Bir məsələni açıq şəkildə bildirmək istəyirəm. S-400 havadan müdafiə sistemləri ilə bağlı iki ölkə arasında yaranan problemin həlli üçün xüsusi işçi qrupu formalaşdırılmayıb. Belə bir qrup olmayacaq. Ümid edirik ki, bu məsələ bir müddət sonra öz həllini tapacaq", - deyə D.Satterfild bəyan edib.
O, qeyd edib ki, 15 iyul çevriliş cəhdi ilə əlaqədar ABŞ-a qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

"Türkiyənin yüksək vəzifəli şəxslərinin 2016-cı ildə ölkədə baş verən bir sıra neqativ hadisələrdə ABŞ-ı günahlandırması bizdə narahatlıq doğurur. Bunlar əsassız iddialardır, müttəfiq və strateji əməkdaş ölkəyə yaraşmayan bəyanatlardır", -  səfir əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də