Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlayıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb.
RegionTV.info xəbər verir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.
Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
Əhaliyə xəbərdarlıq edilib ki, dörd aya yaxın davam edən yeni sərtləşdirilmiş məhdudiyyətlərin bir qismi yumşaldılsa da, hələlik arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Yoluxma halında dinamik artım müşahidə olunsa, məhdudiyyət qaydalarına yenidən baxılacaq.
Xatırladaq ki, ölkə üzrə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də