
RegionTV.info bildirir ki, bu barədə ştatın qanunverici orqanının mətbuat xidməti "Twitter" hesabında məlumat yayıb.
Nümayəndələr Palatasında (alt palata) keçirilən səsvermə zamanı deputatlardan 57-si ölüm hökmünün ləğvinə, 41-i isə əleyhinə səs verib. Senatda sözügedən qanun layihəsini bir gün əvvəl qəbul edildiyi bildirilib.
Qeyd edək ki, qanun layihəsi ştatın qubernatoru Ralf Nortam tərəfindən imzalandıqdan sonra, Virciniya ABŞ-ın ölüm hökmünü ləğv edən 23-cü ştatı olacaq.