Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çexiya pandemiyaya qarşı gücsüzlüyünü etiraf etdi

Çex Respublikasının pandemiya qarşısında aciz olduğu ortaya çıxdı - məhdudiyyətlər işə yaramadı, çünki əhali onlara riayət etmədi.
RegionTV.info xəbər verir ki,bunu ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Yan Blatnı açıqlayıb:
"Koronavirusla əlaqəli bir çox məhdudiyyətlər qoyulduğundan insanların yorğunluğu başa düşüləndir. Ancaq bu məcburi tədbirlər olmadan pandemiyanı heç vaxt məğlub etməyəcəyik".
O qeyd edib ki, əvvəlcə infeksiyaların sayı azalıb, lakin insanların tədricən məhdudiyyətlərə riayət etməməsi yeni yoluxmalara səbəb olub.
Blatnı əlavə edib ki, səlahiyyətli şəxslərin gücsüzlüyü eyni zamanda, koronavirusun "Britaniya ştammı"nın yayılması ilə də əlaqədardır.
Xatırladaq ki, koronavirusun yeni mutasiyası ilk dəfə Britaniyada 2020-ci ilin sentyabrında aşkarlanıb, dekabr ayında aktiv şəkildə yayılmağa başlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də