Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə bu gün start veriləcək.
RegionTV.info-nun məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Meydan sahibləri mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qalib gəlməlidir.
Günün digər matçında "Səbail" Bakıda "Sumqayıt"la üz-üzə gələcək. İlk qarşılaşmada qələbə qazanan paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edəcək.
Bu iki cütün qalibləri yarımfinalda bir-biriləri ilə görüşəcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
Cavab oyunları
15:00. “Qəbələ” – “Qarabağ”
İlk oyun - 1:3.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
18:00. “Səbail” – “Sumqayıt”
İlk oyun - 1:0.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.
Xəbəri paylaş