ABŞ-da səkkiz uşaq anası olan Reyçel Pauell Kapitoli binası qarşısındakı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
RegionTV.info-nun xəbər verir ki, bu barədə “CBS” televiziya kanalı federal səlahiyyətlilərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qadın bu gün məhkəmə qarşısına çıxarılacaq.
R. Pouell Kapitoliyə hücum etməkdə şübhəli bilinir. O, əlində səsgücləndirici ilə nümayişçilərə hara getməli olduğu barədə təlimatlar verib.
Qeyd edək ki, ABŞ-da 120-dən çox sakinə qarşı Vaşinqtonda iğtişaşlar təşkil etmək və yanvarın 6-da Kapitoli binasını ələ keçirmək üzrə ittiham irəli sürülüb.
Xəbəri paylaş