
RegionTV.info xəbər verir, alimlərin məqaləsi “Nature Metabolism” jurnalında dərc edilib.
“Koronavirusa yoluxan şəxslərin sağlamlıq vəziyyətinə dair müşahidələr göstərib ki, infeksiya tez-tez insan bədənindəki qlükozanın dövriyyəsində narahatlıqlar yaradır, lakin bunun səbəbləri bizim üçün aydın deyildi. “SARS-CoV-2”nin insulin istehsal edən beta hüceyrələri də daxil olmaqla mədəaltı vəzin həm ekzokrin, həm də endokrin hüceyrələrinə nüfuz edə bildiyini və orada çoxaldığını aşkar etdik” - tədqiqatçılar yazıblar.
Qeyd edək ki, “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheymer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.