
RegionTV.info-nun xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, azad olunmuş ərazilərə əhalinin köçürülməsinə nail olmaq, Qarabağ regionlarında yaz əkinlərinə başlamaq üçün minimum imkanların yaradılması bir nömrəli və olduqca vacib məsələdir: “Düşünürəm ki, bu mərhələdə xalqa xidmət etmək əvəzinə, öz maraqlarına xidmət edən məmurlar üzə çıxacaq və onlardan ölkənin yaxasını xilas etmək vacibləşəcək. Vətən müharibəsinin nəticəsi tək qələbə ilə qurtarmır, həmçinin cəmiyyət yaramaz ünsürlərdən təmizlənir”.