Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə ayaqları sınan müğənni ömürlük əlil oldu

Ötən il Türkiyədəki istirahəti zamanı iki ayağını sındıran ingilis müğənni Keti Prays pərəstişkarlarına üzücü xəbər verib.
RegionTV.info  xəbər verir ki, 42 yaşlı sənətçi yenidən əməliyyat olunacağını və ömürlük əlil qalacağını bildirib.
"Əvvəlki sağlamlığıma qovuşa bilməyəcəm, bunu artıq anlamışam. Bu qəza həyatımı dəyişdi. Çox ağrılarım olur, amma ağrıkəsici dərman qəbul etmək istəmirəm. Asılı olmaqdan qorxuram. Ayağımın biri digərinə nisbətən daha uzundur. Çünki sümüyümə metal bərkidilib. Həkimlərin araşdırmasından sonra mənə əlillik sənədi verilib. Pilləkənləri çıxa bilmirəm. Ağır əşya qaldıranda ağrılarım daha da artır. Həkimlər gün ərzində 20 dəqiqədən çox gəzməyə icazə vermir".
Qeyd edək ki, Keti Prays estetik əməliyyatlar etdirmək üçün tez-tez Türkiyəyə gedirdi. Həkimlər daha əvvəl müğənninin 3-6 ay ərzində sağlam həyatına geri dönəcəyini bildirmişdilər. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də