Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. RegionTV.info xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib. 1952-ci il təvəllüdlü Vəliyev Nəriman Hacımməd oğlu yaşadığı fərdi təsərrüfatda dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.