Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millimiz dünyada 13-cüdür

Futzal üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.
RegionTV.info-nun
  məlumatına görə Avropa çempionatının seçmə mərhələsinin 2-ci turunda Yunanıstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını artırıb.
Ellada təmsilçisi üzərində qələbə yığmamıza 2 xal qazandırıb. Beləliklə, millimiz əmsalını 1415 xala çatdırıb. Lakin bu, cədvəldə irəliləmək üçün yetərli olmayıb. Joze Alesionun komandası 13-cü sırada qalıb.
Qeyd edək ki, cədvələ 1808 xala malik İspaniya başçılıq edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də