Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə hadisə şəhərin Molla Vəli Vidadi küçəsində qeydə alınıb.
49 yaşlı Mahir Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hazırda M.Əliyevin vəziyyəti ağır olaraq qiymətləndirilir.
İlkin məlumata görə, hadisə iki tərəf arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.