Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağstafada avtomobil aşıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun  məlumatına görə hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
25 yaşlı Abbasov Turqut idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də