"Təhsildə qiymətlərin artırılmasının deyil, endirilməsinin tərəfdarıyam..."
Ali təhsil müəssiələrində müəllimlərin bir çoxunun aldığı maaş əmək haqqı fonduna daxil olan təhsil haqqı ödəmələrindən formalaşır. Bu addım müəllimlərin sosial rifahının qorunması üçün əsasən nəzərdə tutulub. Amma bu ödənişi edəcək tələbə və ya valideyinin də iş imkanı yoxdursa, təhsili yarımçıq qoya bilməz. Bu səbəbdən də qiymətlərin artırılması deyil, endirilməsinin tərəfdarıyam. Təhsil ilə bağlı bütün qiymətlər endirilməlidir.
Onlayn təhsili isə ənənəvi təhsil ilə eyniləşdirmək olmaz. Təbii ki, müəllim əziyyət çəkir, maaş almalıdır. Müəllimin normal əmək haqqı alması vacibdir, amma bunun başqa bir dotasiya formalarını düşünmək lazımdır. Bunun, tələbənin və ya yoxsul valideyinin, gəlirləri, imkanları azalmış insanların hesabına etmək doğru deyil”.
Fazil Mustafa, Millət vəkili