Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat "üsyan" etdi

RegionTV.info 
Milli Cəbhə Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Razi Nurullayev qiymət artımı barəsində danışdı.
R.Nurullayev bildirib ki, qiymətlər artırılarkən əhalinin güzəranı nəzərə alınmalı idi.
"İnsanlar qiymətin artımını sosial şəbəkələrdə çox sərt şəkildə qarşıladılar. Onlar düşünürlər ki, bundan sonra işığın da, digər kommunal xidmətlərin də qiyməti qalxa bilər. Mən düşünürəm ki, bütün bu bahalaşma prosesinin mərhələliyi pozulur, paralelliyi pozulur. Bütün dünyada müəyyən bir artım var. Ərzaq məhsulları da artır, xidmətlər də artır, amma bununla bərabər həmin ölkələrdə əhalinin bunu daha çox hiss etməməsi üçün əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün böyük məbləğdə sosial paketlər də qəbul edilir. Azərbaycanda isə bu belə deyil."
Ətraflı videosujetdə:

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də