Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya üç ölkənin diplomatlarını arzuolunmaz şəxs elan edib

Rusiya XİN İsveç, Polşa və Almaniya diplomatlarını arzuolunmaz şəxs elan edib. Səfirlik əməkdaşları 23 yanvarda Moskva və Sankt-Peterburqda keçirilən qeyri-qanuni aksiyalarda iştirak ediblər.
RegionTV.info  xəbər verir ki, müvafiq qərarla əlaqədar hər üç ölkənin Rusiyadakı səfiri XİN-ə çağırılıb və onlara etiraz notası təqdim olunub.
“Diplomatik münasibətlər haqqında 18 aprel 1961-ci il tarixli Vyana konvensiyasına əsasən, qeyri-qanuni aksiyalarda iştirak edən diplomatlar “persona non-grata” elan olunublar. Onlar yaxın vaxt ərzində Rusiya Federasiyası ərazisini tərk etməlidirlər.
Rusiya tərəfi ümid edir ki, bundan sonra İsveç Krallığı, Polşa Respublikası və Almaniya Federativ Respublikasının diplomatik nümayəndəlikləri və onların əməkdaşları beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl edəcəklər”, - deyə nazirliyin bəyanatında bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də