Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub - YENİLƏNİB

Ermənistanda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.
RegionTV.info  xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.
***19:59***
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
RegionTV.info  xəbər verir ki, təbii fəlakət Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Qazax və digər rayonlarda hiss olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də