Tovuz rayonunun İsə Musayev küçəsinin sakinləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdiriblər.
RegionTV.info "Baku TV"-yə istinadən xəbər verir ki, onlar 300-dən çox şəhidin fotosunun yer aldığı lövhəni həmin küçəyə quraşdırıblar.
Birgə əməyin nəticəsi olan lövhəni hazırlamaqda məqsəd isə vətən qəhrəmanlarının xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdırmaq olub.
Şəhid olan mülki şəxslərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşənin gecə saatlarında da rahat görülməsini təmin etmək üçün işıqlandırmadan istifadə olunub.
Uzunluğu yeddi metrdən artıq olan foto guşəyə Vətən müharibəsinin şəhidləri haqqında məlumatlar da əlavə edilib. Küçənin aşağı hissəsində də eyni formada lövhə və bulaq kompleksi quraşdırılıb.
Xəbəri paylaş