Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cahangir Əsgərovun Batumidəki dəbdəbəli otelinin FOTOSU YAYILDI

AZAL prezidenti Cahangir Əsgərovun sosial şəbəkələrdə Batumi şəhərindəki otelinin fotosu yayılıb.

RegionTV.info xəbər verir ki, şirkət rəhbərinin Gürcüstanda "Grand Gloria" adlı oteli ilə bağlı bloger Həbib Müntəzir öz "Facebook" səhifəsində ətraflı məlumat verib. Bloger otelin şəklini paylaşaraq bundan əlavə Cahangir Məmmədovun başqa belə obyektlərinin olduğunu da qeyd edib:

"Bu "AZAL" rəhbəri Cahangir Əsgərovun Gürcüstanın Batumi şəhərindəki otelinin fotosudur. Onun Tiflisin mərkəzində də 2 ədəd iri oteli mövcuddur. Otel "Grand Gloria" (Böyük Qələbə) adlanır. Gürcüstan Ədliyyə Nazirliyindən əldə olunmuş reyestr çıxarışına görə 31 milyon dollar investisiya dəyəri olan "GRAND GLORİA" oteli 2010-cu fevralın 16-da Tiflisin Krtsanisi rayonu, Gorgasali küçəsi 3 hüquqi ünvanında qeydiyyatdan keçmiş GLORİA LLC-nin mülkiyyətindədir.
 
168 otaqlı otelin 100-dən artıq personalı var. Gürcüstan hökumətinin ilk başdan Əsgərovlar ailəsi qarşısında qoyduğu şərtə görə, otelin tikintisi (200 nəfər işçi çalışıb) və idarəçiliyində işçilərin 90 faizi Gürcüstan vətəndaşları olmalıdır.
 

Dünyanın ən bahalı aviaşirkətlərindən olan və regionda ən bahalı biletləri müştərilərinə satan AZAL hələ 2018-ci ili 208 milyon manat "zərərlə" başa vurub. Hər il dövlət büdcəsindən bu şirkətə külli-miqdarda dotasiya vəsaitlər ayrılır", deyə, H.Müntəzir qeyd edib.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də