
RegionTV.info bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, Qara Qarayev Azərbaycanın milli bəstəkarlıq məktəbinin ən görkəmli simalarındandır. Onun yaradıcılığı bəşər tarixində əlamətdar hadisə kimi dəyərləndirilir:
"Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin bir parçasıdır. Biz hələ bundan neçə il sonra da bu musiqinin sədasını eşidəcəyik və bundan qürur duyacağıq".