Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lavrovla Blinken arasında ilk telefon danışığı baş tutdu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

RegionTV.info  xəbər verir ki, S.Lavrov E.Blinkeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və eyni zamanda, müxtəlif mövzularda konstruktiv dialoqa hazır olduğunu bildirib.

"Həmsöhbətlər Strateji Silahların Məhdudlaşdırılmasına dair Müqavilənin 2026-cı ilə qədər uzadılmasını məmnuniyyətlə qarşılayıblar", - deyə Rusiya XİN-in saytında yayılan məlumatda qeyd olunub.

Bundan başqa, tərəflər silahlara nəzarət sahəsində proqnozlaşdırılmanın təmin edilməsi probleminə toxunublar.

Rusiya XİN-in rəhbəri Moskvanın ikitərəfli münasibətləri normallaşdırmaq üçün ortaq iş görməyə hazır olduğunu çatdırıb. Həmçinin hər iki tərəf Rusiya və ABŞ-ın iki ölkə ərazisindəki diplomatik nümayəndəliklərin fəaliyyətindəki çətinliklərin qarşılıqlı aradan qaldırılmasına hazır olduqlarını vurğulayıblar. Dövlət katibi bu mövzularda ekspert dialoqunun təşkilinə dəstəyini ifadə edib.

ABŞ-ın dövlət katibi isə "Twitter" səhifəsində bildirib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ öz maraqlarını qətiyyətlə müdafiə edəcək.

"Amerikanın maraqlarını inkişaf etdirmək üçün Rusiya ilə əlaqələrini davam etdirməsinə baxmayaraq, Rusiyanın yaratdığı çətinliklər barədə mövqeyimiz aydındır", - deyə Entoni Blinken əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də