
Livan hərbçiləri fransız həmkarları ilə birlikdə Beyrut limanında içində kimyəvi zəhərli maddə olan 79 konteyner tapıblar.
“RİA Novosti” Livan ordusunun mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayıb.
Bildirilib ki, 14-22 avqust tarixləri arasında sızması fəlakətə gətirib çıxara bilən, içində hidroxlorid olan 25 ədəd konteyner və digər maddələrin yerləşdirildiyi 54 konteyner aşkar edilib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.