Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik” -Şəhid anası...

“Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik” -Şəhid anası...


2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Cabbarxan Hacıağayevin bu gün 24 yaşı tamam olur.

Şəhidin anası Rəyanə xanım deyir ki, 19 yaşında Cabbarxan əsgərlikdən məzuniyyətə gəlib bizimlə doğum gününü keçirdi. Bu doğum günü elə onun ailəsi ilə keçirdiyi sonuncu doğum günü olub.

Rəyanə xanım danışarkən sağ ayağı Lələ təpədə, özü isə Xocasən qəsəbəsində dəfn edilən şəhid oğlunun yoxluğuna dözməyə çalışdığını bildirdi:

“Bu gün Cabbarxanın 24 yaşını onsuz qeyd etdik. Məzarı başında ona ürək sözlərimi dedim. Evdə də gəlib şəkilləriylə danışdım. Doğum günü tortunu onsuz kəsdik. Özü də deyirdi ki, “vaxt gələcək ad günlərimi mənsiz keçirəcəksiniz”. On doqquz yaşında məzuniyyətə gəlib doğum gününü bizimlə keçirdi. Elə o Cabbarxanla keçən sonuncu doğum günü oldu. Allah heç anaya övlad yarası vurmasın. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Cabbarxanın sağ ayağı Lələ təpədə, özü isə Xocasəndə dəfn edilib. Hər il Lələ təpəyə gedib onun ayağı dəfn edilən məzarını ziyarət edirik”.

Qeyd edək ki, Cabbarxan Hacıağayev 1996-cı il avqustun 4-də anadan olub. Aprel döyüşlərində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də